UEFA-dan yeni qayda
31 Avqust 2010 Çərşənbə Axşamı 10:55
İndi klublar transferlərə ağlasığmaz məbləğ xərcləyə bilməyəcək.
UEFA prezidenti Mişel Platini klubların transfer siyasəti ilə bağlı yeni qaydaların qüvvəyə minəcəyi vaxtı səbirsizliklə gözləyir. Yeni qaydalar qüvvəyə mindikdən sonra İngiltərədə klub sahibi olan Roman Abramoviç və şeyx Mənsurlar futbolçulara ağlasığmaz məbləğ xərcləyə bilməyəcəklər.
“Büdcələri nisbətən kasad olan klublar bizdən yeni qaydalar toplumu yaratmağı tələb edirdilər. Yeni qüvvəyə minəcək qaydalara görə varlı klublar transferlərə nisbətən az məbləğ sərf edəcəklər”, - deyə Mişel Platini bildirib.
Xatırladaq ki, UEFA-nın yeni qaydalarına əsasən yeni mövsümdən 2015-ci ilədək klublar transferlərə ildə 15 milyon avro sərf edə bilərlər. 2015-ci ildən 2018-ci ilədək isə bu məbləğ maksimum 10 milyon avro olmalıdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: