UEFA-dan şok cəza gəldi
21 İyun 2012 Cümə Axşamı 11:47
Avropanın ali futbol qurumu “Siqma” klubunu avrokuboklardan uzaqlaşdırıb.
UEFA Avropanın daha bir klubunu Avropa kubokları yarışlarından xaric edib. Qol.Az-ın goal.com-a istinadən yaydığı məlumata görə, adı danışılmış oyunlarda hallanan Çexiyanın “Siqma” klubu bir il müddətinə avrokuboklardan uzaqlaşdırılıb.
Məlumatda bildirilib ki, “Siqma” Çexiya çempionatında 3:0 hesabıyla qalib gəldiyi “Bohemians”a qarşı oyundan əvvəl rəqib komandanın bəzi oyuçularına 12 min avro verib. Pulu “Bohemians”ın oyunçularına çatdıran “Siqma”nın qapıçısı Petr Drobisz isə 18 ay futboldan uzaqlaşdırılıb və 8 min avro məğləğində cərimə edilib.
Qeyd edək ki, “Siqma” bu il ölkəsini Avroliqada təmsil etməliydi. Bu cəza səbəbindən “Siqma”nı UEFA yarışında “Mlada” klubu əvəzləyəcək.
Yeri gəlmişkən, qitə futbol qurumu bəzi futbolçuları danışılmış oyunlarda iştirak etdiyi üçün “Siqma”ya 2009-cu ildə də cəsa kəsmişdi. Həmin vaxt komandanın 9 xalı silinməklə yanaşı, klub 164 min avro məğləğində cəriməyə də məruz qalmışdı.
DOSTLARINLA PAYLAŞ: