UEFA-dan “Qalatsaray”la bağlı böyük yanlışlıq
08 Sentyabr 2011 Cümə Axşamı 04:59
Avropanın ali futbol qurumu olmayan futbolçuları “Qalasataray”a aid edib
UEFA-nın rəsmi saytında “Qalatasaray”ın bu mövsümdəki heyətində xəyali bir ada yer verilib. Saytda komandanın futbolçularının arasında 30-cu nömrə ilə Kristofer Eynefanten S. adlı bir nəfərin adı hücumçu kimi göstərilib. “Qalatasaray”ın meneceri Cenk Ergün isə belə bir futbolçudan xəbərsiz olduqlarını və UEFA-nın yanlışlığa yol verdiyini bildirib. O, bu adın siyahıdan çıxarılması üçün Avropa futbol qurumuna müraciət edəcəklərini deyib.

Digər tərəfdən “Nassr Saudi” klubuna icarəyə verilən Juan Pablo Pinonun da adı “Qalatasaray”ın heyətində göstərilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar