UEFA-dan klublara güzəşt
05 Oktyabr 2010 Çərşənbə Axşamı 12:45
UEFA İcraiyyə Komitəsi maraqlı qaydanın tətbiqinə başlayır.
UEFA İcraiyyə Komitəsi yeni qərar qəbul edib. Yeni çıxarılan qərara əsasən 2012/13 mövsümündə UEFA-nın reytinqində ilk altı yerdə qərarlaşmış ölkələrin kubok qalibləri birbaşa Avropa Liqasının qrup mərhələsinə qatılacaq.

Ancaq ölkə kubokunun qalibi milli çempionatın yekununa əsasən, Çempionlar Liqasında oynamaq hüququ qazanarsa, güzəşt finalçıya aid edilməyəcək. Avroliqanın qrup mərhələsinə vəsiqəni milli çempionatında avrokuboklara vəsiqəyə haqq verən yeri tutan komanda əldə edəcək.

Xatırladaq ki, UEFA reytinq siyahısında ilk 6 pillədə İngiltərə, İspaniya, İtaliya, Fransa, Almaniya və Portuqaliya çempionatları qərarlaşıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar