UEFA Çempionlar Liqasında qrup turniri yekunlaşdı
09 Dekabr 2010 Cümə Axşamı 02:25
“Bavariya”, “Roma”, “Marsel”, “Çelsi”, “Real”, “Milan”, “Şaxtyar”, “Arsenal” klubları pley-off mərhələsinə vəsiqə qazandılar
Çempionlar Liqasında qrup mərhələsi başa çatdı. Ötən gün keçirilən qarşılaşmalardan sonra daha 8 komanda növbəti mərhələyə vəsiqə qazanıb.

E qrupu: “Bavariya” - “Bazel” 3:0; ÇFR - “Roma” 1:1

Yekun cədvəl:
“Bavariə” (Akmaniya) 15 xal
“Roma” (İtaliya) 10
“Bazel” (İsveçrə) 6
ÇFR (Rumıniya) 4

F qrupu: “Marsel” - "Çelsi" 1:0; “Jilina” - “Spartak” 1:2

Yekun cədvəl:
“Çelsi” (İngiltərə) 15 xal
“Marsel” (Fransa) 12
“Spartak” (Rusiya) 9
“Jilina” (Slovakiya) 0

G qrupu: “Real” - “Oser” 4:0; “Milan” - “Ayaks” 0:2

Yekun cədvəl:
“Real” (İspaniya) 16 oçkov
“Milan” (İtaliya) 8
“Ayaks” (Hollandiya) 7
“Oser” (Fransa) 3

H qrupu: “Arsenal” - “Partizan” 3:1; “Şaxtyor” - “Braqa” 2:0

Yekun cədvəl:
“Şaxtyor” (Ukrayna) 15 oçkov
“Arsenal” (İngiltərə) 12
“Braqa” (Portuqaliya) 9
“Partizan” (Serbiya) 0

Beləliklə, “Bavariya”, “Roma”, “Marsel”, “Çelsi”, “Real”, “Milan”, “Şaxtyar”, “Arsenal” klubları pley-off mərhələsinə vəsiqə qazanıblar. Bir gün əvvəl isə “Tottenhem”, “İnter”, “Şalke”, “Lion”, “Mançester Yunayted”, “Valensiə”, “Barselona” və “Kopenhagen” komandaları növbəti mərhələyə çıxmışdı.

Son oyunlardan sonra “Bazel”, “Spartak”, “Ayaks” və “Braqa” komandaları UEFA Avropa Liqasında mübarizəni davam etdirmək hüqüqu əldə ediblər. Bir gün əvvəl dörd qrupda keçirilən son oyunların nəticələrinə görə isə “Tvente”, “Benfika”, "Qlazqo Reyncers” və “Rubin” isə mübarizəni Avropa Liqasında davam etdirmək hüququ qazanmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar