UEFA Çempionlar Liqası
17 Fevral 2010 Çərşənbə 02:20
UEFA Çempionlar Liqası nəticələri. “Milan” “Mançester Yunayed”ə uduzdu, “Lion” isə “Real”a qalib gəldi.
UEFA Çepionlar Liqasının 1/8 final mərhələsində iki oyun keçirilib.

İngiltərənin “Mançester Yunayted” klubu İtaliyanın “Milan” komandasını 3:2 hesabı ilə məğlub edib. Oyunun 3-cü dəqiqəsində hesabı Ronaldinyo açıb. 36-cı dəqiqədə Pol Skoulz hesabı bərabərdəşdirib. İkinci hissədə Ueyn Runi dubla imza ataraq, ingilisləri hesada irəli çıxarıb. O, 66-cı və 74-cu dəqiqələrdə fərqlənib. Oyunun bitməsinə beş dəqiqə qalmış isə Klarens Zedoff hesab arasındakı fərqi minimuma endirib.

Bu arada isə Fransanın “Lion” komandası böz meydanında İspaniyanın “Real” komandasını 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolu 47-ci dəqiqədə kamerunlu Jan Makun vurub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar