UEFA Bakının namizədliyini təqdiq etdi
20 Sentyabr 2013 Cümə 15:43
UEFA İcraiyyə Komitəsi 2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarına ev sahibliyi etmək istəyən namizəd şəhərləri açıqlayıb.
UEFA İcraiyyə Komitəsi Bakı şəhərini 2020-ci il futbol üzrə Avropa çempionatını keçirməyə namizəd şəhər kimi təsdiqləyib. ANS PRESS-in UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Xorvatiyanın Dubrovnik şəhərində təşkil olunmuş iclasında 13 şəhərdə keçiriləcək oyunlar üçün 32 milli assosiasiya ev sahibi olmaq istəyini bildirib.

Ümumi siyahıya bu şəhərlər daxidir:

İngiltərə (London), Azərbaycan (Bakı), Belarus (Minsk), Belçika (Brüssel), Bolqarıstan (Sofiya), Makedoniya (Skopye), Macarıstan (Budapeşt), Almaniya (Münhen), Yunanıstan (Afina), Danimarka (Kopenhagen), İsrail (Yerusəlim), İrlandiya (Dublin), İspaniya (Madrid, Barselona, Bilbao, Valensiya), İtaliya (Roma, Milan), Qazaxıstan (Astana), Niderland (Amsterdam), Polşa (Varşava, Xojuv), Portuqaliya (Lissabon, Portu), Rusiya (Sankt-Peterburq), Rumıniya (Buxarest), Serbiya (Belqrad), Türkiyə (İstanbul), Ukrayna (Kiyev, Donetsk), Uels (Kardiff), Finlandiya (Helsinki), Fransa (Lion), Xorvatiya (Zaqreb), Çexiya (Praqa), İsveçrə (Bazel), İsveç (Solna), Şotlandiya (Qlazqo), Ermənistan (İrəvan).

UEFA İcraiyyə Komitəsi şəhərlərin yekun siyahısını 2014-cü il sentyabrın 25-də təsdiqləyəcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar