UEFA Bakıda futbolu təbliğ edəcək
25 Oktyabr 2010 Bazar Ertəsi 17:15
Beynəlxalq futbol qurumunun toplantısı Azərbaycan paytaxtında keçiriləcək.
Ölkəmizdə futbolun kütləviləşdirilməsi istiqamətində həyata keçirilən çoxsaylı tədbirlər UEFA tərəfindən yüksək qiymətləndirildiyindən beynəlxalq qurum növbəti seminarını Bakıda keçirmək qərarına gəlib. Noyabrın 1-dən 4-ə qədər ölkəmizin paytaxtında “Azərbaycanda Kütləvi Futbol” mövzusunda keçiriləcək seminarda Macarıstan, Serbiya və Latviya Futbol Federasiyalarından olan nümayəndə heyətləri iştirak edəcək.

Seminarda Azərbaycanda kütləvi futbolun inkişafı üçün müəyyənləşən layihələr, həyata keçirilən tədbirlər və qazanılan nailiyyətlər barədə danışılacaq, təcrübə mübadiləsi aparılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar