UEFA Avropa Liqası: “İnter” “Neftçi”ni üçüncü pilləyə qaytardı
09 Noyabr 2012 Cümə 02:58
“Partizan”ın məğlubiyyəti komandamızı qrupda sonuncu pilləyə düşməkdən xilas edib
Bakının “Neftçi” klubunun UEFA Avropa Liqasının H qrupundakı rəqibləri “Partizan” və “İnter” qarşılaşıblar. ANS PRESS-in məlumatına görə, “İnter”in 3:1 hesablı qələbəsi “Neftçi”ni qrupda sonuncu pilləyə düşməkdən xilas edib.

Beləliklə, “İnter” və “Rubin” 1/16 final mərhələsinə vəsiqəni təmin ediblər. Əgər “Neftçi” növbəti turda serbləri öz meydanında məğlub edə bilsə, 3-cü pillədə yerini möhkəmlədəcək.

Dörd turdan sonra turnir cədvəlində vəziyyət:

“İnter” - 10 xal, top fərqi 9-4

“Rubin” - 10, 6-2

“Neftçi” - 1, 1-5

“Partizan” - 1, 1-6


DOSTLARINLA PAYLAŞ:

oyunlar