UEFA Avropa Liqası: Bütün nəticələr
11 Mart 2011 Cümə 02:56
Andrey Şevçenko Avropa kuboklarının ən yaxşı bombardirlərinə yaxınlaşır
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Kiyev “Dinamo”sunun hücumçusu Andrey Şevçenkonun 25-ci dəqiqdə vurduğu qol “Mançester Siti” üzərində qələbəyə yardım edib. Bu, Andrey Şevçenkonun Avpropa klub turnirlərində vurduğu 67-ci qol idi. O, Avropa kuboklarında vurulan qolların sayına görə yalnız Raul (71 qol), Filippo İndzagi (70) və Gerd Müllerdən (69) geri qalır.

Bütün nəticələr:
Bayer-Vilyareal 2:3
Braqa-Liverpul 1:0
ÇSKA (Moskva) - Portu 0:1
PSV Eyndhoven-Reyncers 0:0
Ayaks-Spartak (Moskva) 0:1
Benfika-PSJ 2:1
Dinamo (Kiyev)-Mançester Siti 2:0
Tvente-Zenit (Sankt-Peterburq) 3:0.


DOSTLARINLA PAYLAŞ:

oyunlar