UEFA“Araz”a xüsusi təyyarə reysi ayırıb
21 Aprel 2010 Çərşənbə 11:40
“Araz” klubunun futzalçaları qurumun ayırdığı xüsusi təyyarə ilə Lissabona yola düşürlər.
“Araz” futzal klubu UEFA kubokunun “Dördlər finalı”nda iştirak edəcək. İslandiyada baş verən vulkan püskürməsi nəticəsində hava nəqliyyatında yaranmış problemlərlə əlaqədar olaraq futzalçılarımızın yarışın keçiriləcəyi Portuqaliyanın Lissabon şəhərinə yola düşməsində çətinliklər yaranıb.

Bununla əlaqədar AFFA ilə UEFA arasında xüsusi danışıqlar aparılıb. Nəticədə UEFA tərəfindən “Araz”ın Lissabona yola düşməsi üçün xüsusi təyyarə reysi ayrılıb və təmsilçimiz bu gün Lissabona yola düşəcək.

Xatırladaq ki, “Araz”ın “Dördlər finalı”nda ilk rəqibi UEFA kubokunun hazırki sahibi İspaniyanın “İntervyu” klubu olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar