UEFA AFFA-ya 8 milyon avro ödəyəcək?
03 Dekabr 2010 Cümə 17:15
Qitə futbol qurumu yeni qərar qəbul edib
UEFA yeni qərar qəbul edib. Yeni qərara əsasən UEFA-ya daxil olan 53 ölkənin Futbol Federasiyalarından Avropa Çempionatı-2016 və Dünya Çempionatı-2018-in seçmə mərhələ oyunlarının teleyayım hüquqları alınacaq.

UEFA-ya daxil olan ölkə federasiyaları 3 qrupa bölünəcək. Reytinqinə görə ən aşağı olan 25 ölkə federasiyası sonuncu qrupa düşəcək. Bu qrupa daxil olan ölkə federasiyalarına 8 milyon avro kompensasiya ödəniləcək.

Ehtimal olunur ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) sonuncu qrupda yer alacaq. Orta səviyyəli ölkə federasiyalarına isə 13 milyon avro ödəniləcək. Seçmə oyunlar zamanı reklam yerləşdirilməsindən əldə olunan gəlirin 40 faizi isə milli futbol federasiyalara çatacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar