UEFA AFFA-ya 780 min avro ödədi
17 İyul 2012 Çərşənbə Axşamı 11:25
Bu məbləğ "Neftçi", "Qarabağ", "Xəzər Lənkəran" və AZAL-ın hesabına köçürüləcək.
UEFA 2011-2012-ci illər mövsümündə iştirak etmiş klubların qazancları barədə məlumatı rəsmən elan edib. AzərTAc xəbər verir ki, Avropa Futbol İttifaqı AFFA-nın hesabına 780 min avro köçürüb. Bu məbləğin 330 mini “Neftçi”, 270 mini “Qarabağ”, 90 mini “Xəzər-Lənkəran” və 90 mini AZAL komandalarına çatacaq. AFFA öz növbəsində bu vəsaitlərin hamısını klubların hesablarına köçürəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar