UEFA AFFA-nı 60 min avro cərimələdi
    12 Yanvar 2010 Çərşənbə Axşamı 14:05
    19 yaşadək qızlardan ibarət futbol yığmamız 2 il yarışlarda iştirak etməyəcək
    
                	 
    
         UEFA-nın Nəzarət və İntizam Komitəsi AFFA-nı 60 min avro məbləğində cərimə edib. 
AFFA-dan verilən məlumata görə, 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması 2010 və 2011-ci ildə keçiriləcək Avropa çempionatı oyunlarından kənarlaşdırılıb. 
Nəzarət və İntizam Komitəsi futbolçular İna Boyko, Toma Besserdeçnaya, Olqa Qazıyeva, Olqa Səfərova, Natalya Suvorovtseva və Anastasiya Rəhmanova 30.11.2010-cu ilədək müddətə ölkədaxili və beynəlxalq oyunlardan diskvalifikasiya edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: