UEFA 9 klubu cərimələdi
17 May 2014 Şənbə 10:39
UEFA-ın maliyyə "Fair-Play" qaydalarına uyğun gəlməyən klublara qurumdan sərt cərimələr gəlib.
UEFA Fransanın "PSJ" və İngiltərənin "Mançester Siti" klublarını cərimələyib. ANS PRESS-in məlumatına görə, hər iki kluba 60 milyon avro pul və Çempionlar Liqasında heyət məhdudlaşdırması cəzası verib.

Maliyyə "Fair-Play" qaydalarına uyğun gəlməyən klublara UEFA-ın təklif etdiyi razılaşmanın detalları isə müəyyən olub. Belə ki, sözügüdən klublara pul cəzası ilə yanaşı Çempionlar Liqasındakı 25 nəfərlik heyətlərini azaltmaq kimi öhdəlik qoyulub. "PSJ" və "Mançester Siti" gələn mövsümdən ütibarən Çempionlar Liqasındakı heyətlərini 21-ə endirməli olacaqlar. Klublar cəzanı ödəsələr belə UEFA, gələn mövsüm üçün klubların maksimum 60 milyon avroluq pul xərcləyə biləcəklərini şərt kimi irəli sürüb.

Qeyd edək ki, UEFA-ın maliyyə "Fair-Play" qaydalarına uyğun gəlməyən klublar arasında Rusiya, Türkiyə və Bolqarıstandan da klublar yer alıb. UEFA "PSJ" və "Mançester Siti" ilə yanaşı, "Zenit", "Rubin Kazan", "Anji", "Levski Sofiya", "Qalatasaray", "Trabzonspor" və "Bursaspor" klublarına da cərimələyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar