Uçan azəri Ramil Quliyev Fənərbaxça klubunda
30 Aprel 2010 Cümə 11:50
Ramil Quliyev “Fənərbaxça” ilə müqavilə imzalayıb.
Həmyerlimiz, yüngül atlet Ramil Quliyev Türkiyənin “Fənərbaxça” klubuna transfer olunub. Türkiyə mətbuatı 20 yaşlı Ramil Quliyevi dünyanın ən perspektivli sprinterlərindən biri kimi təqdim edib.

Atletimiz artıq bir ay sonra yeni klubunun heyətində Portuqaliyada təşkil ediləcək Avropa Klubları Kubokunda 100 və 200 metr məsafələrə yarışda iştirak edəcək.

“Fənərbaxça” klubunun Atletika Şöbəsinin Beynəlxalq Əlaqələr üzrə nümayəndəsi Ramil Quliyevin bu kluba keçməsini Türk atletikası üçün tarixi uğur adlandırıb. Türkiyə mətbuatı, Ramil Quliyevə “uçan azəri” ləqəbini verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar