Üç oyun canlı yayımlanacaq
08 Aprel 2011 Cümə 11:26
Unibank Premyer Liqasında XXVI tura start verilir
Sabah Unibank Premyer Liqasında XXVI turun oyunlarına start verilir. ANS PRESS-in Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, turun üç oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. Həmin qarşılaşmaların başlama vaxtı ilə sizi tanış edirik:

09 aprel (şənbə)

"İnter" - "Neftçi"
"Şəfa" stadionu. Saat 17:00 (canlı, "İdman Azərbaycan")
10 aprel (bazar)

AZAL - "Bakı"
Şüvəlan qəsəbəsi, AZAL stadionu. Saat 18:00 (canlı, "İdman Azərbaycan")

"Qarabağ" - "Xəzər Lənkəran"
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 16:00 (canlı, "İdman Azərbaycan")

Xatırladaq ki, çempionata aktivində 55 xal olan “Neftçi” klubu başçılıq edir.”Xəzər Lənkəran” 49 xalla ikinci pillədədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar