Üç futbolçu toplanışda iştirak etməyəcək
13 Dekabr 2010 Bazar Ertəsi 17:30
Aqil Nəbiyev, Branimir Subaşiç və Amit Quluzadə zədəli olduqlarından toplanışdan kənarda qalıblar
Bu gündən etibarən Bakı şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb. Amma komanda təlimlərə üç əsas futbolçunun iştirakı olmadan başlayıb. Zədəli olduqları üçün Aqil Nəbiyev, Branimir Subaşiç və Amit Quluzadə millinin hazırlıq prosesində iştirak etməyəcək.

Xatırladaq ki, millinin toplanışı dekabrın 16-da yekunlaşacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar