U-19 böyük hesablı qələbə qazanıb
29 Dekabr 2010 Çərşənbə 18:10
Yığmamız Bakının "Gənclik" komandasını 7:0 hesabı ilə məğlub edib
Bakı şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində «Gənclik» (Bakı) komandası ilə yoldaşlıq oyunu keçirib. ANS PRESS-in məlumatına görə, qarşılaşma 7:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.

Rizvan Umarov və Nurlan Novruzovun "dubl" etdiyi oyunda Aleksander Qross, Məqsəd İsayev və Emin İbrahimov hərəyə bir dəfə fərqlənib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar