U-17 qadınlararası dünya çempionatının püşkü atıldı
06 İyul 2012 Cümə 20:44
Azərbaycan millisi Kolumbiya, Nigeriya və Kanada ilə bir qrupa düşüb.
Bu gün Bakıda futbol üzrə U-17 qadınlararası dünya çempionatının püşkü atılıb. Püşkatmanın nəticələrinə əsasən, A qrupunda yer alacaq Azərbaycan millisinin rəqibləri Kolumbiya, Nigeriya və Kanada olub.
B qrupunda Fransa, ABŞ, Şimali Koreya, Qambiya, C qrupunda Meksika, Yeni Zelandiya, Braziliya və Yaponiya, D qrupunda isə Almaniya, Çin, Uruqvay və Qana milliləri yarışacaq.
Qeyd edək ki, Bakıda keçiriləcək dünya çempionatının final mərhələsi sentyabrın 22-dən oktyabr ayının 13-dək davam edəcək.
DOSTLARINLA PAYLAŞ: