U-17 milli komandamız Hollandiya qarşısında
19 Mart 2009 Cümə Axşamı 11:20
Lüksemburqun Mondofle Ben şəhərinin “Con Qrün” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq

Avropa çempionatının seçmə mərhələsinin elit raundunda iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan U-17 milli komandası bu gün ilk oyununu keçirəcək. Elit raundda millimizin ilk rəqibi Hollandiya millisi olacaq. Lüksemburqun Mondofle Ben şəhərinin “Con Qrün” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçın baş hakimi latviyalı Vadims Direktorenkodur, ona həmyerlisi Haralds Qudermains və lüksemburqlu Karl Hoffman köməklik göstərəcək.
Qeyd edək ki, Azərbaycan millisi martın 19-dan 24-dək davam edəcək seçmə mərhələdə Hollandiya, Xorvatiya və Lüksemburq U-17 milli komandaları ilə bir qrupda yer alır./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar