U-17 milli Avropa çempionatından kənarda qaldı
25 Mart 2009 Çərşənbə 11:50
Millimiz Avropa çempionatının seçmə mərhələsinin elit raundunun son matçında Lüksemburq millisiylə heç-heçə oynayıb
Avropa çempionatının seçmə mərhələsinin elit raundunda mübarizə aparan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan U-17 milli komandası qrupda son oyununu keçirib. Qrupun son matçında Lüksemburq millisi ilə qarşılaşan U-17 matçdan heç-heçə ilə ayrılıb 0-0. Beləliklə qrupda keçirdiyi 3 matçda cəmi 1 xal toplayan millimiz Avropa çempionatının final mərhələsinə yüksələ bilməyib.
Qeyd edək ki, Azərbaycan millisi martın 19-dan 24-dək davam edəcək seçmə mərhələdə Hollandiya, Xorvatiya və Lüksemburq U-17 milli komandaları ilə bir qrupda mübarizə aparıb. İlk matçda Hollandiya millisinə 1-0 hesabı ilə məğlub olan milli, ikinci matçda Xorvatiya futbolçularına 3-0 hesabı ilə uduzub.
 
/ANS PRESS/


DOSTLARINLA PAYLAŞ:

oyunlar