U-16 qələbə qazanıb
18 Aprel 2010 Bazar 15:15
Yığmamız növbəti dəfə gürücü rəqiblərindən üstün olub
Bu gün 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə müvafiq yaş qrupundan ibarət Gürcüstan yığma komandası arasında yoldaşlıq oyunu keçirilib. Şağan Olimpiya Kompleksində keçirilən oyunda Tural Məhəmmədovun dublu və Kamran Abdullazadənin vurduğu 1 qol sayəsində qarşılaşma 3:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.

Xatırladaq ki, bu komandalar arasında aprelin 16-da keçirilən yoldaşlıq oyununda da yığmamız qələbə qazanmışdı – 1:0. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar