Tyerri Anri cəzadan canını qurtardı
24 Dekabr 2009 Cümə Axşamı 18:20
Tyerri Anri cəzadan canını qurtardı. FİFA onun günahından keçib.
Futbol üzrə Dünya çempionatı - 2010-nun pley-off mərhələsi çərçivəsində Fransa ilə İrlandiya arasında keçirilən cavab matçında vurulan həlledici qol zamanı əllə oynayan fransız hücumçu Tyerri Anriyə qarşı cərimə qadağası tətbiq edilməyəcək. Bu barədə FİFA-nın Nizam - İntizam Komitəsi qərar qəbul edib.
Xatırladaq ki, Anri həmin oyun zamanı əllə oynayaraq qolluq ötürmə vermişdi. Bu qol sayəsində irlandlarla heç-heçə oynayan Fransa DÇ-2010-nun final mərhələsinə vəsiqə qazanmışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: