Türklərin qisası Almaniyadan alındı
16 Oktyabr 2010 Şənbə 11:20
“Köln” – “Borussiya” oyununda maraqlı hadisələr yaşanıb.
Futbol üzrə Almaniya çempionatının açılış turunun “Köln” – “Borussiya” (Dortmund) qarşılaşmasında maraqlı anlar yaşanıb. “Köln”ün və Almaniya yığmasının üzvü Lukaş Podolski və “Borussiya”da çıxış edən türk Nuri Şahin arasında mübahisə yaşanıb. Oyunda hesab 1:1 olarkən Podolski əli ilə barmaqlarını qatlayaraq üç işarəsi göstərib.

Podolski bununla Nuri Şahinə Avro-2012-nin seçmə mərhələsi çərçivəsində baş tutan və Almaniyanın Türkiyəni 3:0 hesabı ilə məğlub etdiyi oyunu xatırladıb. Bu insidentdən bir neçə saniyə sonra isə Nuri Şahin qol vuraraq rəqibinə tutarlı cavab verib. Nuri Şahin qol sevincini Podolskinin önündə qeyd edərək ona layiqli cavab verib.

Xatırladaq ki, “Borussiya” (Dortmund) Almaniya çempionatının 8-ci turunda “Köln”ü məğlub etməklə 7-ci qələbəsini qazanaraq xalını 21-ə çatdırıb. Hazırda “Borussiya” “Maynt”sla birlikdə turnir cədvəlinə liderlik edir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar