Türklər sponsor axtarır
03 Dekabr 2009 Cümə Axşamı 17:20
Türklər sponsor axtarır. TFF Qus Hiddinki Türkiyə yığmasına gətirmək istəyir.
Türkiyə Futbol Federasiyası (TFF) Fatih Terimin istefasından sonra milli komandanın baş məşqçisi postuna yeni mütəxəssis axtarır. Türkiyə mətbuatında yer alan xəbərlərə görə, TFF rəhbərliyi Rusiya yığmasının hazırki baş məşqçisi Qus Hiddinki Türkiyə yığmasının başına gətirməyə çalışır.

TFF Rusiya yığmasında illik gəliri 10 milyon avro olan Hiddinkin məvacibini ödəmək üçün indidən sponsor axtarışına başlayıb.

Bu məqsədlə “Mercedes”, “Nike”, “Turkcell” və “Türk Telekom” şirkətləri ilə danışıqlar davam edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar