Türklər ermənilərlə sülh bağladılar
22 Fevral 2010 Bazar Ertəsi 11:25
Futbol üzrə “Türkmənbaşı Kuboku”nda növbəti turun oyunları baş tutub
Türkmənistanda ənənəvi 16-cı beynəlxalq “Türkmənbaşı kuboku” futbol turniri keçirilir. Turnirdə Türkiyə yığması, Türkmənistanın “Altın Asır” klubu, Tacikistanın “Vahş” və Ermənistanın “Qandzasar” klubları mübarizə aparır.
Yarışların növbəti günündə Türkiyə yığması Ermənistanın “Qandzasar” klubu ilə üsə-üzə gəlib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. “Türkmənbaşı Kuboku”na fevralın 24-də yekun vurulacaq.
Xatırladaq ki, beynəlxalq futbol turnirinin ümumi mükafat fondu 35 min dollar təşkil edir. Qalib komanda 20 min, 2-ci yerin sahibi 10 min, bürünc mükafatçılar isə 5 min dollar əldə edəcəklər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: