Türklər Avropa nəhənglərinə sponsorluq edəcəklər
23 Yanvar 2010 Şənbə 11:50
“Turkish Airlines” “Mançester Yunayted”lə müqavilə imzalayıb
İngiltərənin məşhur “Mançester Yunayted” futbol klubu özünə yeni sponsor tapıb.

“Mançester Yunayted” Avropanın ən iri 4-cü şirkəti sayılan “Turkish Airlines”la sponsorluq müqaviləsi imzalayıb. Müqavilənin müddəti 3,5 ildir.

“Turkish Airlines” bir müddət əvvəl Avropanın digər nəhəng klubu olan “Barselona”ya da sponsorluq etməyə razılıq vermişdi. Müqavilənin dəyərinin nə qədər olduğu barədə məlumat verilmir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar