Türklər Afinanı fəth etdilər
18 Sentyabr 2009 Cümə 01:30
“Qalatasaray” qrupdakı ən çətin rəqibini biabırçı məğlubiyyətə uğratdı
Bu gün Avropa Liqasında qrup mərhələsində ilk turun oyunları keçirilib. F qrupunda Türkiyənin “Qalatasaray” klubu Yunanıstanın paytaxtı Afinada yerli “Panatinaikos”la qarşılaşıb. Türkilər qrupdakı ən çətipn rəqibləri ilə səfər qarşılaşmasından üzüağ çıxıblar. Qarşılaşmada hesab 5-ci dəqiqədə açılıb. Yunan müdafiəçinin səhvindən “Qalatasaray”ın braziliyalı hücumçusu Elano yararlanıb. Birinci hissə Türkiyə klubunun bir top üstünlüyü ilə başa çatıb.
İkinci hissənin ilk dəqiqələrində “Qalatasaray” “Panatinaikos”u oyunu bir daha mərkəzdən başlamağa məcbur edib. 48-ci dəqiqədə Milan Baroş fərqlənib. Bundan 10 dəqiqə sonra yunan futbolçu topu öz qapısından keçirib. “Qalatasaray”lı futbolçuların yerinə yetirdiyi cərimə zərbəsindən sonra top “Panatinaikos”un oyunçusu Saryegiyə dəyərək, qapıdan keçib. Qol yunan futbolçunun ayağına yazılıb. Bu qoldan sonra qələbədən əlini üzən “Panatinaikos”lu futbolçular yalnız biabırçı məğlubiyyətdən yaxa qurtarmağa çalışıblar. Amma onlar buraxdıqları qollardan qollardan yalnız birinin əvəzini çıxa biliblər. 78-ci dəqiqədə Salpingidis fərqlənib.
Bu saata qədər başa çatan oyunların nəticələri:

A qrupu
Ayaks-Timişoara 0:0
Dinamo (Zaqreb)-Anderlext 0:2

B qrupu
Lill-Valensiya 1:1
Cenoa-Slaviya (Praqa) 2:0

C qrupu
Hapoel (Tel-Əviv)-Seltik 2:1
Rapid (Vyana)-Hamburq 3:0

D qrupu
Herta-Ventspils 1:1
Herenveen-Sportinq 2:3

E qrupu
ÇSKA (Sofiya)-Fulhem 1:1
Bazel-Roma 2:0

F qrupu
Panatinaikos-Qalatasaray 1:3
Şturm-Dinamo (Buxarest) 0:1


DOSTLARINLA PAYLAŞ:

oyunlar