Türkiyəli futbolçu Ümit Davala 10 il həbs cəzası edilə bilər
06 İyul 2010 Çərşənbə Axşamı 16:00
Ümit Davala saxtakarlıqda ittiham olunur.
Türkiyə yığma komandasının sabiq futbolçusu Ümit Davala saxtakarlıqda ittiham olunur. Futbolçu 2003-cü ildə aldığı “Porsche Cayenne" markalı avtomobilinin qiymətini saxtalaşdırmaqda günahlandırılır. Avtomobilin real qiyməti 205 min avro olsa da, qaimə kağızında onun dəyərinin 78 min avro göstərildiyi məlum olub. Türkiyə qanunlarına əsasən qaçaqmalçılığa görə, 1 ildən 5 ilədək, saxtakarlığa görə isə 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzasının olmasını nəzərə alsaq, Davala ümumilikdə 10 illik həbs oluna bilər.

Ümit Davala öz növbəsində ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. Avtomobil satan firmanın ona qiymətdə güzəşt etdiyini bildirib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar