Türkiyəli baş məşqçi Azərbaycan klubu ilə razılığa gəlib
24 Dekabr 2010 Cümə 10:45
Bundan sonra “Turan” klubunu Naci Şensoy çalışdıracaq
Tovuz rayonunun “Turan” futbol klubunu türkiyəli futbol mütəxəssisi Naci Şensoy çalışdıracaq. Bu barədə ANS PRESS-ə “Turan” futbol klubunun icraçı direktoru Rasim Əliyev məlumat verib.

Dünən Unibank Premyer Liqasının XIX turu çərçivəsində Bakıda baş tutan “Neftçi” – “Turan” oyununu stadiondan izləyən Naci Şensoy bu gün axşam saatlarında Tovuza gedəcək. Türkiyəli futbol mütəxəssisinin “Turan”la bağlayacağı müqavilənin müddəti və şərtlərinə axşam saatlarında aydınlıq gələcəyi gözlənilir.

Xatırladaq ki, Naci Şensoy 2002-2003 və 2004-2005-ci illərdə də “Turan” klubunun baş məşqçisi kimi, karyerası ərzində isə “Slaviya” (Sofiya), “Lokomotiv” (Plovdiv), “İstanbulspor” klublarında çalışıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar