Türkiyədə futbol oyunu döyüş meydanını xatırlatdı
06 Dekabr 2010 Bazar Ertəsi 10:00
“Beşiktaş” və “Bursaspor” klublarının fanatları arasında dava düşüb
Futbol üzrə Türkiyə çempionatında növbəti turun oyunları baş tutub. Mərkəzi qarşılaşma sayılan “Beşiktaş” – “Bursaspor” oyununda iki komandanın azarkeşləri arasında dava düşüb. Stadionun girişində 200-dək “Bursaspor” fanatı ilə “Beşiktaş”ın azarkeşləri arasında insident yaşanıb.

Polis azarkeşləri sakitləşdirmək üçün göz yaşardıcı qazdan istifadə edib, daha sonra isə havaya xəbərdarlıq atəşi açıb. Baş verən insident nəticəsində ümumilikdə 4 azarkeşin yaralandığı bildirilir. Onlardan ikisi bıçaqlanıb.

Xatırladaq ki, “Beşiktaş” – “Bursaspor” oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar