Türkiyə yığmasının yeni idman geyimi
27 Fevral 2010 Şənbə 16:40
Futbolçular martın 3-də Hondurasla qarşılaşmaya bu formada çıxacaqlar
“Nike” şirkəti futbol üzrə Türkiyə yığma komandası üçün yeni idman geyimi istehsal edib. Türkiyəli futbolçular bu geyimlə ilə ilk dəfə martın 3-də keçiriləcək Honduras yığması ilə qarşılaşmada azarkeşlər önünə çıxacaqlar.
Plastik şüşələrin emalından hazırlanmış parçadan istehsal olunan futbol geyimləri digərlərinə nisbətən daha rahat, daha sərin və qurudur. Türkiyəli futbolçular üçün hazırlanmış bu futbol geyimi “Nike”-ın daha əvvəl istehsal etdiyi geyimlərdən 13% daha yumşaqdır.
Xatırladaq ki, “Nike” Braziliya, Portuqaliya və Hollandiya kimi komandalar üçün də idman geyim istehsal edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar