Türkiyə yığmasının üzvü özünü güllələdi
23 Fevral 2011 Çərşənbə 17:36
Sevcan Şafak tüfənglə qarın boşluğundan atəş açıb
Güllə atıcılığı üzrə Türkiyə yığma komandasının üzvü Sevcan Şafak intihara cəhd edib. ANS PRESS-in “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, 25 yaşlı idmançı həyat yoldaşından ayrılandan sonra depressiyaya düşübmüş.

Bolu şəhərində yarışlara qatıldığı tüfənglə qarın boşluğundan atəş açan Sevcan Şafak hazırda xəstəxanadadır. Həkimlər 5 saat davam edən əməliyyatdan sonra onun həyatını xilas edə biliblər.

Xatırladaq ki, Sevcan Şafak Avropa və Türkiyədə qatıldığı turnirlərdə dəfələrlə qızıl medal qazanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar