Türkiyə yığmasının heyəti açıqlandı
01 Mart 2010 Bazar Ertəsi 17:25
Türkiyə millisi martın 3-də Hondurasla qarşılaşacaq
Avro-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Türkiyə yığmasının martın 3-də Honduras millisi ilə keçirəcəyi yoldaşlıq oyunu üçün heyəti açıqlanıb. Komandaya aşağıdakı futbolçular dəvət olunub: Volkan Dəmirəl, Onur Recep Kıvrak, Caner Erkin, Sabri Sarıoğlu, Əmrə Güngör, Sərvət Çətin, Ceyhun Gülsalam, Rəmzi Giray Kaçar, Gökhan Gönül, Çağlar Birinci, Arda Turan, Ozan İpek, Volkan Şen, Necip Uysal, Əmrə Böləzoğlu, Həmid Altıntop, Mehmet Aurelio, Nuri Şahin, Tuncay Şanlı, Mevlut Erdinç, Xəlil Altıntop, Kazım Kazım.

Xatırladaq ki, Avro-2012-nin seçmə mərhələsində Azərbaycan, Almaniya, Türkiyə, Belçika, Avstriya və Qazaxıstan milliləri ilə bir qrupda mübarizə aparacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar