Türkiyə yığması Trapattoniyə tapşırıldı
    12 Yanvar 2010 Çərşənbə Axşamı 16:50
    Məşqçi ilə cümə günü müqavilə imzalanacaq
    
                	 
    
         Futbol üzrə Türkiyə yığma komandasının baş məşqçisi italiyalı Covanni Trapattoni oldu. Baş məşqçi cümə günü rəsmi müqaviləyə imza atacaq. 
Məşqçinin imzalayacağı müqavilə 2,5 il müddəti nəzərdə tutur. Baş məşqçinin ildə 3 milyon avro məvacib alacağı bildirilir. 
Covanni Trapattoni karyerası ərzində İtaliya və İrlandiya yığmalarını, eləcə də “Milan”, “Yuventus”, “Fiorentina”, “Benfika”, “Zaltsburq” və “Ştutqart” kimi klubları çalışdırıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: