Türkiyə yığması qələbə qazandı
23 Mart 2013 Şənbə 01:27
Səlcuq İnan və Burak Yılmaz Andorranın qapısına yol tapıblar.
Futbol üzrə Türkiyə yığması 2014-cü il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. ANS PRESS-in məlumatına görə, qardaş ölkə yığması səfərdə Andorra millisi ilə üz-üzə gəlib. Matç 2:0 hesabı ilə Türkiyə yığmasının xeyrinə başa çatıb.
Komandanın heyətində Səlcuq İnan və Burak Yılmaz fərqlənib. Türkiyə yığması D qrupunda 5 oyundan sonra 6 xal toplayaraq 4-cü pillədə yer alır.
Qrupa isə Hollandiya yığması liderlik edir.
DOSTLARINLA PAYLAŞ: