Türkiyə yığması oktyabrın 9-da Bakıya gələcək
05 Oktyabr 2010 Çərşənbə Axşamı 10:30
Türkiyə yığması oktyabrın 9-da Berlindən şəhərimizə gələcək.
Futbol üzrə Türkiyə yığma komandası Avro-2012-nin seçmə mərhələsi çərçivəsində səfərdə Almaniya seçmə komandası ilə görüşmək üçün Berlinə yollanıb. Türkiyə yığması Almaniya – Türkiyə matçının keçiriləcəyi günədək Verder an der Havel qəsəbəsi yaxınlığında yerləşən “Badelsberq 03” klubunun stadionunda məşq edəcək.

Türkiyəli futbolçular oktyabrın 9-da milli komandamızla görüş üçün Berlindən Bakıya gələcəklər. Türkiyə seçmə komandasının baş məşqçisi Quus Hiddink Almaniya kollektivi və millimizlə oyun üçün aşağıdakı futbolçuları komandaya dəvət edib: Qapıçılar: Volkan Dəmirəl (“Fənərbaxça”), Hakan Arıkan, Cenk Gönən (“Beşiktaş”), Onur Rəcəb Kıvraq (“Trabzonspor”). Müdafiəçilər Gökhan Könül (“Fənərbaxça”), Sabri Sarıoğlu (“Qalatasaray”), Sərvət Çətin, Hakan Balta (“Qalatasaray”), Ömər Ərdoğan (“Bursaspor”), İbrahim Toraman, İsmayıl Köybaşı (“Beşiktaş”), Ceyhun Gülsalam (“Trabzonspor”). Yarımmüdafiəçilər: Həmit Altıntop (“Bavariya”), Mehmət Aurelio, Necip Uysal (“Beşiktaş”), Əmrə Belözoğlu, Ömər Xurmacı (“Fənərbaxça”), Nuri Şahin (“Borussiya”), Səlcuq İnan (“Trabzonspor”), Arda Turan (“Qalatasaray”). Hücumçular: Tuncay Şanlı (“Stok Siti”), Xəlil Altıntop (“Ayntraxt”), Semih Şəntürk (”Fənərbaxça”), Mövlut Erdinc (“Pari Sen Jermen”), Nihat Kahveci (“Beşiktaş”) və Sərcan Yıldırım (“Bursaspor”).

Xatırladaq ki, Türkiyə seçmə komandası oktyabrın 8-də səfərdə Almaniya kollektivi ilə, bundan 4 gün sonra isə millimizlə qarşılaşacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar