Türkiyə yığması millimizlə oyun ərəfəsində şok yaşadı
04 Oktyabr 2010 Bazar Ertəsi 10:10
”Fənərbaxça”nın futbolçusu Səlcuq Şahin zədələnərək sıradan çıxıb
“Fənərbaxça” klubunun futbolçusu Selcuq Şahin zədələnib. Futbolçu Türkiyə çempionatı çərçivəsində baş tutan “Fənərbaxça” – “Gənclərbirliyi” matçının 55-ci dəqiqəsində zədə alıb. Top uğrunda rəqib futbolçu ilə mübarizədə xəsarət alan Səlcuq Şahin yaşıl meydandan birbaşa xəstəxanaya çatdırılıb.
Həkimlər onun sağ diz vətərlərinin qırıldığını və ən azı iki ay yaşıl meydanlardan kənarda qalacağını müəyyənləşdiriblər. Bu isə Səlcuq Şahinin Avro-2012-nin seçmə mərhələsi çərçivəsində səfərdə Almaniya və Bakıda yığma komandası ilə qarşılaşmalarda Türkiyə yığma komandasına kömək etməyəcəyi deməkdir.
Xatırladaq ki, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan – Türkiyə matçı oktyabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: