Türkiyə yığması ədalətsizliyin qurbanı oldu
06 Oktyabr 2011 Cümə Axşamı 12:18
FİVB dünya voleybol ictimaiyyətinin təəccübünə səbəb olan qərar çıxarıb.
Avropa çempionatının bürünc mükafatına sahib çıxan qadın voleybolçulardan ibarət Türkiyə yığma komandasına qarşı ədalətsizlik olub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Beynəlxalq Voleybol Federasiyası (FİVB) Türkiyə yığmasına London Olimpiadasında iştiraka haqq verən dünya çempionatında iştirak üçün “wild card”ı verməyib.

“Wild card” Türkiyə yığmasının Avropa çempionatında iki dəfə məğlub etdiyi ev sahibi İtaliya kollektivinə qismət olub. Türkiyə Voleybol Federasiyasının rəhbəri bu məsələyə “biz əlimizdən gələni etdik, bu artıq lobbi məsələsinə çevrilib” deyərək şərh bildirib.

Qeyd edək ki, Türkiyə yığmasının Olimpiadaya lisenziya qazanmaq üçün hələ iki şansı qalır. Növbəti il Türkiyənin İstanbul şəhərində və bundan sonra Avropa qrupunda təsnifat mərhələsi baş tutacaq ki, bu turnirlərdə fərqlənmiş yığmalar London Olimpiadasına lisenziya qazanacaqlar.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar