Türkiyə yığması Bakıya gəlir
22 İyun 2010 Çərşənbə Axşamı 11:05
Çimərlik futbolu üzrə yığmamız qardaş ölkənin komandası ilə iki yoldaşlıq görüşü keçirəcək.
Çimərlik futbolu üzrə yığma komandamız Türkiyə kollektivi ilə yoldaşlıq görüşü keçirəcək. Oyun iyunun 22-də və 23-də, Mərdəkandakı “Dalğa” İstirahət Mərkəzinin ərazisində AFFA tərəfindən inşa olunmuş meydançada keçiriləcək.

AFFA-dan verilən məlumata görə, hər iki qarşılaşma saat 18:00-da başlayacaq. Xatırladaq ki, stadiona giriş pulsuzdur. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar