Türkiyə yığması Avropa çempionatının final mərhələsinə çıxdı
02 İyul 2011 Şənbə 07:03
Finalda isə Türkiyənin rəqibi Rusiya yığması olacaq.
Polşada keçirilən 33-cü FİBA qadınlar basketbol çempionatında Türkiyə milli komandası yarım final mərhələsində Fransa yığmasını məğlub edib. Türklər əldə etdikləri 68 – 62 hesablı qələbə ilə çempionatın final mərhələsinə vəsiqə qazanıb. Finalda isə Türkiyənin rəqibi Rusiya yığması olacaq.

Türkiyə - Rusiya basketbol yığmaları sabah (3 iyul) Bakı vaxtıyla 23.30-da keçiriləcək final qarşılaşması ilə kimin qalib olacağına aydınlıq gətirəcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar