Türkiyə - Xorvatiya matçı ANS-də canlı yayımlanacaq
11 Noyabr 2011 Cümə 10:49
Türkiyə - Xorvatiya matçından başqa Avro-2012-in play-off mərhələsinin daha üç qarşılaşması oynanılacaq.
Bu gün Avro-2012-nin play-off mərhələsinin ilk qarşılaşmaları keçiriləcək. ANS PRESS-in məlumatına görə, günün ən maraqla gözlənilən qarşılaşması heç şübhəsiz ki, Türkiyə-Xorvatiya matçıdır. Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarşılaşma ANS TV ilə canlı yayımlanacaq. Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink Xorvatiya ilə matç üçün aşağıda yer alan futbolçuları heyətə cəlb edib:

Qapıçılar: Volkan Dəmirəl (“Fənərbaxça”), Tolqa Zəngin (“Trabzonspor”), Sinan Bolat (“Standard” Liej), müdafiəçilər: Gökhan Gönül (“Fənərbaxça”), Səbri Sarıoğlu, Sərvət Çətin, Hakan Kadir Balta (hər üçü “Qalatasaray”), Egemen Korkmaz, İsmayıl Köybaşı (hər ikisi “Beşiktaş”), Rəmzi Giray Kaçar (“Trabzonspor”), Ömər Toprak (“Bayer” Leverkuzen), yarımmüdafiəçilər: Həmit Altıntop (“Real” Madrid), Gökhan Törə (“Hamburq”), Səlcuq Şahin, Əmrə Belözoğlu, Caner Erkin (“Fənərbaxça”), Mehmet Topal (“Valensiya”), Səlcuq İnan (“Qalatasaray”), Arda Turan (“Atletiko”),Ozan İpək (“Bursaspor”), hücumçular: Kazım Kazım (“Qalatasaray”), Burak Yılmaz, Xəlil Altıntop (hər ikisi “Trabzonspor”) və Umut Bulut (“Tuluza”).

Xorvatiya kollektivinin heyətinə isə aşağıdakı futbolçular cəlb edilib:
Stipe Pletikosa (“Rostov”), Daniel Subaşiç (“Hayduk”), İvan Kelava (“Dinamo” Zaqreb), müdafiəçilər: Dario Srna (“Şaxtyor”), Vedran Çorluka (“Tottenhem”), Yosip Şimuniç (“Dinamo” Zaqreb), Sime Vrsaljko (“Dinamo” Zaqreb), Yuritsa Buljat (“Makkabi” Hayfa), Qordon Şildenfeld (“Ayntraxt”), Domagoj Vida (“Dinamo” Zaqreb), Manul Pamiç (“Sparta” Praqa), hücumçular: Mario Mandzukiç (“Volfsburq”), Eduardo Da Silva (“Şaxtyor”), İvitsa Oliç (“Bavariya”), Nikita Yelaviç (“Qlazqo Reyncers”) və Nikola Kaliniç (“Dnipro”).

Qeyd edək ki, bu gün Avro-2012-nin play-off mərhələsində Türkiyə-Xorvatiya matçından başqa daha üç qarşılaşma oynanılacaq. Bosniya və Herseqovina öz meydanında Portuqaliya, Çexiya Monteneqro, Estoniya isə İrlandiya ilə münasibətlərinə aydınlıq gətirəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar