Türkiyə Rumıniya millisinə uduzdu
13 Oktyabr 2012 Şənbə 00:52
Abdullah Avcının yetirmələri seçmə mərhələnin oyununda Rumıniya yığmasına məğlub oldular.
Türkiyənin futbol millisi 2014-cu ilin Dünya Çempionatının seçmə mərhələsində daha bir məğlubiyyətə uğrayıb. ANS PRESS-in məlumatına görə, türklər öz meydanlarında Rumıniya yığması ilə qarşılaşıblar.

Türkiyə millisi bu oyunda seçmə mərhələsinin ikinci məğlubiyyətini yaşayıb. Qarşılaşma Rumıniya yığmasının 0:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Qrozav vurub.

Abdullah Avcının yetirmələri bu məğlubiyyətdə Dünya Çempionatı yolunda ciddi itki vermiş oldu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar