Türkiyə millisini Azərbaycanla oyuna kim hazırlaşdıracaq?
25 May 2009 Bazar Ertəsi 17:35
Türkiyə millisinin baş məşqçisi Fatih Terim sabah xəstəxanadan evə buraxılacaq

 

Futbol üzrə Türkiyə A Milli komandasının baş məşqçisi xəstəxanadan evə buraxılacaq.

Türkiyə mətbuatının xəbərinə görə, Antalyada keçirdiyi qəza nəticəsində əməliyyat keçirən Fatih Terim sabah müalicə olunduğu Kadıköy Acıbadem xəstəxanadan evə buraxılacaq.

Qeyd edək ki, Türkiyə millisi iyunun 2-də Kayseridə Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək. Türkiyə millisini Azərbaycanla matça xəstəxanadan yeni çıxacaq Fatih Terimin, yoxsa köməkçilərinin hazırlayacağı hələlik məlum deyil. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar