Türkiyə millisindən Estoniya yığması üzərində asan qələbə
11 Avqust 2011 Cümə Axşamı 02:02
Arda Turan “Qalatasaray”ın azarkeşləri ilə vidalaşdı
Türkiyə futbolunun danışılmış oyunlarla bağlı iddialarla çalxalandığı bir vaxtda bu ölkənin millisi Estoniya yığması ilə yoldaşlıq oyununda azarkeşlərə rahat nəfəs aldırıb. İlk dəqiqələrdən etibarən üstünlüyü ələ ələn Türkiyə futbolçuları 8-ci dəqiqədə Emre Belözoğluya qarşı kobud oyundan sonra penalti qazanıb. Cərimə zərbəsini Emrenin özü yerinə yetirib və hesabı açıb.
Türkiyə millisi 28-ci dəqiqədə Kazım Kazımın qolu ilə hesab arasındakı fərqi artırıb. Bu qoldan sonra Estoniya yığması tamamilə ruhdan düşüb. Bundan istifadə edən türkiyəli futbolçular 35-ci dəqiqədə üçüncü qolu vurublar. Bu dəfə də Kazım Kazım fərqlənib.
Bundan sonra oyunda hesab dəyişməyib və Türkiyə millisi 3:0 hesablı qələbə qazanıb.
Türkiyə millisi ilə meydana çıxan Arda Turan “Qalatasaray”dan “Atletiko”ya transfer olunmuş oyunçu kimi yerli azarkeşlərlə vidalaşıb. Azarkeşlər ona “Böyük kapitan” şuarı ilə dəstək veriblər.
Günün digər yoldaşlıq oyunlarının nəticələri:
Ukrayna - İsveç 0:1
Litva - Ermənistan 3:0
Azərbaycan - Makedoniya 0:1
Latviya - Finləndiya 0:2
Belarus - Bolqarıstan 1:0
Kipr - Moldova 3:2
Yaponiya - Cənubi Koreya 3:0
Çin - Yamayka 1:0
Qazaxıstan - Suriya 1:1
Kot d'İvuar - İsrail 4:3
Macarıstan - İslandiya 4:0
Norveç - Çexiya 3:0
Albaniya - Çernoqoriya 3:2.
DOSTLARINLA PAYLAŞ: