Türkiyə millisindən biabırçı məğlubiyyət
12 Noyabr 2011 Şənbə 01:15
Qardaş ölkə yığmasının Euro-2012-yə getmək arzuları puç oldu.
Futbol üzrə Türkiyə millisi Euro-2012-nin pley-off oyununda Xorvatiya yığmasına böyük hesabla məğlub oldu. İstanbulda keçirilən qarşılaşma qonaqların 3:0 hesabı ilə başa çatdı.

Türkiyə millisi ilk qolu qapısında 2-ci dəqiqədə görüb. İvika Oliç türkləri şoka salan qola imza atıb. 32-ci dəqiqədə Mandzukiç komandasının üstünlüyünü iki qola çatdırıb. Birinci hissə bu hesabla başa çatıb. 52-ci dəqiqədə Çorluka Türkiyə millisinin qapısından üçüncü topu keçirib və türklər üçün heç-heçəni əlçatmaz edib.

Beləliklə, Xorvatiya millisi cavab qarşılaşmasına böyük üstünlüklə gedir. Türkiyə yığmasının isə Avropa çempionatının final mərhələsinə çıxmaq şansları möcüzəyə qalıb.

Digər tərəfdən Türkiyə millisinin dörd oyunçusu - Hakan Balta, Sabri, Emre və Arda cavab oyununu buraxmalı olacaq. Onlar sarı kart həddini keçdikləri üçün cəzalı vəziyyətə düşüblər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar