Türkiyə millisi Vyanadan minimal xalla qayıdır
07 Sentyabr 2011 Çərşənbə 02:15
Arda Turan penalti imkanından yararlana və Türkiyə millisinin mövqeyini möhkəmlədə bilmədi
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan millisinin də mübarizə apardığı A qrupunda Türkiyə millisi səfərdə Avstriya yığması ilə qarşılaşıb. Oyun qolsuz bərabərliklə başa çatıb. Bu hesab Avstriya millisinin mərhələ keçmək ümidlərini azaldıb, Türkiyə yığması ilə sona iki oyun qalmış əsas rəqibi Belçika millisini 2 xal qabaqlamış olub.
Türkiyə millisi növbəti oyunlarda öz meydanında Almaniya və Azərbaycan yığmalarını qəbul edəcək. Belçika yığması isə öz meydanında Qazaxıstan, sonra səfərdə Almaniya milliləri ilə qarşılaşacaq.
Vyanadakı qarşılaşma o qədər maraqlı keçməyib. Lakin oyunun 90-cı dəqiqəsində türklər penalti imkanı qazanıblar. Lakin Türkiyə millisinin ulduzu Arda Turanın penalti zərbəsini Grünvald geri qaytarıb.
Oyunun ən kritik anlarından biri də 84-cü dəqiqədə yaşanıb. Avstriya millisinin oyunçusu Harnik topu Türkiyə yığmasının qapısından keçirsə də, hakim oyundankənar vəziyyət qeydə alıb.
DOSTLARINLA PAYLAŞ: