Türkiyə millisi vacib qələbə qazandı
30 Mart 2011 Çərşənbə 00:32
Türklər Avstriya millisini məğlub etdilər
Futbol üzrə Türkiyə millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Avstriya yığması üzərində çox vacib qələbə qazanıb. İstanbulda keçirilən qarşılaşma 2:0 hesabı ilə başa çatıb. Azərbaycan yığması ilə eyni qrupda mübarizə aparan Türkiyə millisi bu oyunadək keçirdiyi dörd qarşılaşmada iki qələbə əldə etmiş və iki dəfə məğlub olmuşdu. Bu baxımdan, Avstriya ilə oyun ciddi əhəmiyyət kəsb edirdi.

Oyunda hesab 28-ci dəqiqədə açılıb: Arda Turan fərqlənib. Birinci hissə Türkiyə millisinin bir topluq üstünlüyü ilə başa çatıb. Qardaş ölkə yığması hesab arasındakı fərqi 77-ci dəqiqədə Gökhan Gönülün qolu ilə artırıb. 85-ci dəqiqədə Avstriya yığması fərqi azaltmaq üçün əvəzsiz imkan qazanıb. Lakin Meirhofer penalti zərbəsini qola çevirə biliməyib. Daha doğrusu, Türkiyə millisinin qapıçısı Volkan Dəmirəl gözəl oynayıb.

Bu oyundan sonra Türkiyə millisi xallarının sayını 9-a çatdırıb və qrupda ikinciliyə yüksəlib. Amma hər şey bu dəqiqələrdə davam edən Belçika-Azərbaycan qarşılaşmasından asılıdır. Belçikalılar qalib gəlsələr, xallarının sayı 10-a çatacaq və ikincilik Türkiyə millisinin əlindən çıxacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar