Uşu üzrə Türkiyə milli komandası Ermənistanda keçiriləcək "Sanşou-Taolu" beynəlxalq turnirində iştirak etməkdən imtina edib. Türkiyə Uşu Federasiyasından verilən məlumata görə, Gənclik və İdman Müdürlüyü lüzum görmədiyi üçün, Uşu üzrə Türkiyə millisi 24-26 aprel tarixlərində Ermənistanda keçiriləcək beynəlxalq turnirdə iştirak etməyəcək.
Xatırladaq ki, bir müddət əvvəl Ermənsitanın "Panarmenian" saytı Türkiyə millisinin bu turnirdə iştirak edəcəyini bildirmişdi. Qeyd edək ki, erməni mətbuatının məlumatına görə, beynəlxalq turnir qondarma soyqırımın "qurbanlarının" xatirəsinə həsr edilib.
Elvin Rəsul /ANS PRESS/